Qaçırılan maşın sahibinə təhvil verilib


16:28     06 İyun 2019 masin_ogrusu_018.jpg

Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus “Renault” markalı avtomobilin qaçırılmasını bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib.

Faktla bağlı Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 392