"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək


18:19     06 İyun 2019 19_06_06_1559830829.jpg

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.
Gənclər və İdman Nazirliyindən Femida.az -a verilən məlumata görə, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməkliyin göstərilməsidir.

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında gənclər təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Açar sözlər:

Oxunub: 669