Gəncədə Polis bölməsinin rəisi dəyişib


19:18     06 İyun 2019 19_06_06_1559831380.jpg

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Femida.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsininNizami rayonPolis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olub.

Onun yerinə polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib. O daha əvvəl Şəmkir rayon Polis Şöbəsinin Zəyim Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 502