Zəhranı qaçıran qadını hansı cəza gözləyir?
19:50 06 İyun 2019
Bildiyimiz kimi, iki gündür itkin düşən 3 yaşlı Zəhra Bağırzadə bu gün polis əməkdaşlarının səyi nəticəsində tapılıb. Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova isə saxlanılıb. Azyaşlının qadın tərəfindən oğurlanması böyük qınağa səbəb olub. Bəs, bu hadisəni törədən T. Nəzərovanı hansı cəza gözləyir? O, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?
Femida.az xəbər verir ki, Vəkil Zaur Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, azyaşlını oğurlayan qadın barəsində hələ ki, istintaq aparıldığından, dəqiq fikir söyləmək çətindir. Vəkilin ehtimalına görə, hazırda hadisə ilə bağlı iki maddə ilə ittham irəli sürülsə, T. Nəzərova 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.
“Ona qarşı Cinayət Məcəlləsinin 144.1, yəni, Adam oğurluğu və 144-2.2.3, yəni Məcburi əmək yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham irəli sürülə bilər. Çünki həmin şəxs Zəhranı oğurlamaqla yanaşı, onu məcburi əməyə yəni, dilənməyə məcbur edib. Bu baxımdan Təzəgül Nəzərovanın günahı sübuta yetirilərsə, onu 15 ilədək həbs cəzası gözləyə bilər” - deyə, vəkil əlavə edib.
Oxunub: 555
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"