Erməni əsilli nazirin istefası tələb olunur


21:14     06 İyun 2019 19_06_06_1559837694.jpg

Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun istefası tələb olunur.

Azvision.az xəbər verir ki, erməni əsilli nazirin vəzifədən uzaqlaşdırılması məqsədilə Prezidentin saytında petisiya yaradılıb. İyunun 2-də başlanan petisiyaya 25 mindən çox insan səs verib.
Qeyd edək ki, mayın 31-də Ukraynada 5 yaşlı uşaq polislər tərəfindən güllələnərək öldürülüb. Bu hadisə ölkə üzrə geniş rezonans doğurub. Vətəndaşlar nazirliyin binası önün toplaşaraq Avakova qarşı etiraz aksiyası keçiriblər.

Açar sözlər:

Oxunub: 465