Bəzi mübahisəli sözlərə görə lüğət hələ çap edilmir
09:32 07 İyun 2019
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulan bəzi sözlərlə bağlı mübahisəli məqamlar ortaya çıxdığı üçün kitabın çapa verilməsi ləngiyəcək.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, hazırda həmin mübahisəli sözlərlə bağlı müzakirələr aparılır.
M.Nağısoylu əlavə edib ki, mübahisəli sözlərin arasında həm lüğətə yeni daxil olan, həm də lüğətin 2013-cü il nəşrində olan və tənqidə səbəb olan sözlər var.
Bu səbəbdən bəzi sözlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğunu deyən institut direktoru bildirib ki, lüğətin bu ilin may ayının sonunda çapa təqdim edilməsi nəzərdə tutulsa da, hazırda kitabın nəşri sentyabra qədər ləngiyəcək.
Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən keçən 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz cəmlənərək yeni lüğətə daxil edilib. Ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz var.
Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.
Femida.az
Oxunub: 482
Oxşar xəbərlər
- Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
- Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər
- Bəzi yerlərdə yollar buz bağlayacaq
- Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb
- Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
- Bəzi çimərliklərdə dəniz suyu çirklidir
- Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
- Bəzi küçələrdə məhdudiyyət vaxtından əvvəl aradan qaldırılır