Azərbaycanla Türkiyə hərbçiləri arasında futbol yarışı
09:51 07 İyun 2019
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qonaqlar üçün təşkil olunan bayram süfrəsində türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. TədbirdəTürkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.
Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib. Oyun bərabər hesabla bitsə də dostluq, qardaşlıq xatirəsikuboku Türkiyəli hərbçilərə təqdim edilib.
Femida.az
Oxunub: 350
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
- Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı