3 gün sonra kanalların yayımı dayandırılacaq - Azərbaycanda


09:55     07 İyun 2019 tv_kanallar_061114%20(1).jpg

İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.



"Teleradio" İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 3353