Liftdə qalan şəxslər xilas edildi


10:14     07 İyun 2019 lift9.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər, Bakı şəhərinin Nərimanov və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Sumqayıt şəhərində isə ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 355