Azərbaycanda məmurların sayı açıqlandı
10:22 07 İyun 2019
2019-cu il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5 faizini qadınlar təşkil edib.
Femida.az Trend-ə istinadən xəbər verir ki, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.
Dövlət qulluqçularının 7,4 faizi 1 ilə qədər, 24,2 faizi 1 ildən 5 ilə qədər, 23,2 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21,0 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.
ƏTRAFLI
166.az
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,7 faizini şöbə müdirinin müavinləri, 7,9 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib.
2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil edib.
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- Vətəndaşdan rüşvət alan məmurların cinayət işinin ibtidai istintaqı yekunlaşıb
- Rüşvətə görə həbs edilən məmurlar apellyasiya şikayəti verib
- Goranboyda məmur iş otağında qətlə yetirilib
- Azərbaycanda 29 yaşlı xanım məmur koronavirusdan öldü
- Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
- Kəlbəcərdə jurnalistlərlə birlikdə minaya düşən məmur hadisədən danışıb
- İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
- Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn olunub
- 40 min manatlıq dələduzluq edən "məmur" həbs olundu
- DTX-nın həbs etdiyi məmura hökm oxundu