Bayramdan qayıdan turistlər qəzaya düşdü - 17 ölü, 9 yaralı


10:32     07 İyun 2019 19_06_07_1559889175.jpg

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

Femida.az “Gulf News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb.

Məlumata görə, avtobusda 31 sərnişin olub, onlar Ramazan bayramından qayıdırlarmış.

Qəzanın baş vermə səbəbi araşdırılır.


Açar sözlər:

Oxunub: 492