Hər il 10 metr yüksələn zibil dağı - Fotolar


10:43     07 İyun 2019 19_06_07_1559889894.jpg


Hindistanın paytaxtı Yeni Dehlinin görünüşü getdikcə yüksələn zibil dağı sayəsində dəyişir.

Femida.az xəbər verir ki, şəhərin Qazipur bölgəsindəki zibilliyə hər gün 2 min ton yeni zibil ilə tökülür.

Hər il təxminən 10 metr yüksələn zibil dağının hündürlüyü yaxın vaxtlarda Hindistanın simvolu sayılan 73 metrlik Tac Mahalı keçəcək. Təxminən 40 futbol meydanı boyda əraziyə yayılan zibillik 17 il əvvəl bağlanmalı idi. Ancaq hər il bura atılan zibillərin miqdarı artmaqdadır. BMT tərəfindən "dünyanın ən kirli paytaxtı" adlandıran Yeni Dehlidəki zibil dağının hündürlüyü 65 metrə çatıb. Artıq zibilliyin ətrafına təyyarələri xəbərdar etmək üçün qırmızı işıqlar quraşdırılmalıdır.

1984-cü ildə açılan Qazipur zibilliyi 2002-ci ildə tutumunu doldurub və ətrafda yaşayan sakinlər üçün həyati təhlükə yaradır.





Femida.az

Açar sözlər: #Hindistan   #zibil  

Oxunub: 847