Bakıda sevgilisini öldürüb özü intihar edən gənclə bağlı şok fakt- VİDEO
12:28 07 İyun 2019
Bakıda sevgilisini öldürdükdən sonra özü də intihar edən gənclər barədə bəzi faktlar ortaya çıxıb.
Abbasov Vasif Əliyəddin oğlunun Əliyeva Aygün Hüseynağa ilə birlikdə yaşadığı məlum olub. Aygülün anasının sözlərinə görə, Vasif hətta Aygünün oğluna kiçik toy da edib. Toy mərasimində Vasifin bütün ailə üzvləri də iştirak ediblər:
"Vasifin ailəsi yalan danışır. Onlar çox gözəl bilirdilər ki, mənim qızım Vasiflə bir tikə çörəyə görə birlikdə yaşayırdı. Aygünün bir balası yetim qaldı.Gedin, onun qaldığı evi görün. Vasifin anası mənim qızıma sumkalarla yemək gətirirdi".
Xatırladaq ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar Dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.
V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib.
Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb.
Oxunub: 1623
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb