"Göz dəyməsin" deyə taxmışdılar - Körpə udub, xəstəxanalıq oldu
12:48 07 İyun 2019
Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.
Hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı ayrıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.
Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.
Körpənin yaxınlarının Trend-ə verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.
Femida.az
Oxunub: 609
Oxşar xəbərlər
- Gözəllik və güc. Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər
- Gözdən əlillərin mənzillərini satmaqda ittiham olunan şəxsin cinayət işi icraata verilib
- Gözəllik salonları və bərbərxanalarla bağlı YENİ QƏRAR
- Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır - VİDEO
- Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
- Gözətçini döyərək öldürən klinka sahibinin cəzası azaldıldı
- Gözəllik salonları və bərbərxanalar açılır - RƏSMİ
- Gözəllik salonuna və bərbərxanaya ancaq bu şərtlə getmək mümkün olacaq
- Gözətçini döyüb öldürən klinika sahibinin oğlunun məhkəməsi başlayır
- Gözəl Bayramlı Fuad Qəhrəmanlının əməllərinə haqq qazandırdı: "Dərdiniz nədir, deyin bilək!"