Sürücülərin nəzərinə! Bu yollarda rənglənmə gedir


13:17     07 İyun 2019 kuce%20renglenme.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı avtomobil yolunda və Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Femida.az

Açar sözlər:

Oxunub: 370