Qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutuldu


14:25     07 İyun 2019 19_06_07_1559905001.jpg


Gəncədə qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutulub.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılmışlar.

Femida.az

Açar sözlər:

Oxunub: 361