7 məhkəmənin adı dəyişdirilir

7 məhkəmənin adı dəyişdirilir


14:59     07 İyun 2019 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Azərbaycanda 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.


Femida.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.

Dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədardır.

Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılıb.

Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 311