52 min manatlıq dələduzluq edən şəxs hökm oxunub


15:30     07 İyun 2019 hokm.jpg



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, T.Hüseynov 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Hüseynov tanışı, İran vətəndaşı Aslani Heidarabad Jafar Hamidin etibarından sui-istifadə edərək, ona qarşı 52 min manatlıq dələduzluq edib.

B.H.Aslani Azərbaycandan T.Hüseynovun adına avtomobil alaraq, ölkəsinə aparmaq istəyib. O, İranda avtomobili öz adına keçirmək niyyətində olub. Lakin sərhəddə onlara İranda bununla bağlı problem yaranacağını deyiblər. Sonradan T.Hüseynov maşınla Bakıya qayıdıb, H.Aslani isə ölkəsinə gedib. Daha sonra H.Aslani Azərbaycana gəlib, T.Hüseynovdan avtomobilini tələb edib. T.Hüseynov isə maşını satdığını, borclarına verdiyini deyib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 354