Rusiya və ABŞ-ın hərbi gəmiləri üz-üzə gəldi


17:14     07 İyun 2019 19_06_07_1559912641.jpg

Cənubi Çin dənizində ABŞ-a məxsus “USS Chancellorsville” hərbi gəmisi Rusiyaya məxsus “Admiral Vinorgardov” hərbi gəmisininin önünü kəsib.


Femida.az xəbər verir ki, “CNN International” telekanalının Pentaqon müxbiri Barbara Starr dəniz sularında yaranan gərginliyinin fotosunu sosial şəbəkə hesabında paylaşıb.


ABŞ donamması isə yaydığı açıqlamada qarşı tərəfi günahlandırıb. Bildirilir ki, helikopter enişi zamanı rus gəmisi arxadan sürətlə hərəkətə keçib və arzuolunmaz məsafəyə yaxınlaşıb. Bu zaman ruslar təhlükəli manevr etdiyindən “USS Chancellorsville” adlı hərbi gəminin mühərriki söndürülüb. Bununla da gəmilərin toqquşmasının qarşısı alınıb.

Açar sözlər:

Oxunub: 355