Erməni nazir istefa verdi


18:55     07 İyun 2019 19_06_07_1559913183.jpg

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib.


Ermənistan mətbuatının məlumatına görə, o, bununla bağlı “Facebook” hesabında yazıb.

A.Zeynalyan istefasının səbəbini açıqlamayıb.

Bu, Ermənistan məhkəmə sistemində ikinci istefadır. Bundan əvvəl Ali Məhkəmə Şurasının sədri vəzifəsini icra edən Qevorq Danielyan istefa vermişdi.

O, öz bəyanatında qeyd etmişdi ki, bir il müddətində Ermənistan hakimiyyəti ilə gərgin, demək olar ki, qəbuledilməz iş və ofis, mətbuatda qondarma məlumatların yayılması şəraitində çalışıb.

Q.Danielyanın sözlərinə görə, o, elmi fəaliyyətlə məşğul olacaq.

Qeyd edək ki, yüksək vəzifəli məmurların istefası Ermənistanda qalmaqallı məhkəmə islahatları fonunda baş tutur.

Femida.az

Açar sözlər: #Erməni  

Oxunub: 309