Nazir azərbaycanlı milyarderi tənqid etdi
17:55 07 İyun 2019
Rusiya Baş Nazirinin birinci müavini, Maliyyə naziri Anton Siluanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı azərbaycanlı milyarder Vahid Ələkbərovun sahibi olduğu “Lukoyl” şirkətini tənqid edib.
Siluanov Rusiyada vergi endirimlərindən yararlanan “Lukoyl”un Konqoda yatağa investisiya qoyduğuna təəccübləndiyini açıqlayaraq şirkətləri ölkə daxilində sərmayə qoymağa üstünlük verməyə çağırıb.
“Bizə həmişə müraciət edib deyirlər ki, “bizə əmanətlər üzrə, mineral ehtiyatların hasilat vergisi üzrə güzəştlər edin”. Bu, məni həmişə narahat edir. İndi oxuyuram ki, bizim hörmətli “Lukoyl” şirkətimiz Konqoda yataqlardan birinə 800 milyon dollar sərmayə qoyub. Biz isə onlara vergi sahəsində endirimlər edirik. Burada belə bir sual ortaya çıxır: Bəs bizim güzəştlərimiz hara gedir? Bizim, yoxsa xarici iqtisadiyyata?!
Mən burada biznesin sosial məsuliyyəti barədə danışmıram, təəssüf ki, ona heç kim əhəmiyyət vermir. Amma ən azı Rusiyaya investisiyalar qoyula bilər. Üstəlik, çoxlu layihələrimiz var. Əgər biz sizə güzşətlər ediriksə, o zaman xahiş edirəm ki, investisiyalarınızı bura yatırın. Mən bunu bütün qəlbimlə arzulayıram”, - deyə o, bildirib.
Ölkənin Maliyyə nazirinin bu sərt açıqlamasından sonra şirkətdən cavab gecikməyib.
“Lukoyl”un açıqlamasında belə deyilir: “Anton Siluanov investisiya məsələsi ilə bağlı bütün təfərrüatları bilmir. Belə ki, bu qərar Konqo Prezidentinin Rusiyaya səfəri zamanı onun Prezident Vladimir Putinlə görüşü zamanı qəbul edilib. Ona görə də, bu sərmayə Rusiya büdcəsindən və Rusiya mənbələrindən deyil, şirkətin Rusiyadan kənarda əldə etdiyi vəsaitlər hesabına yatırılıb”. / interfaks
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"