ABŞ konqresində Azərbaycanla bağlı bəyanat yayılıb
20:43 07 İyun 2019
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər Komitələrinin nüfuzlu üzvlərindən biri olan Maykl Törner (Respublikaçı - Ohayo) Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Femida.aza verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Respublikasının əsası qoyulmuşdur. Konqres üzvü təəssüflə bildirir ki, müstəqillikdən bir neçə il sonra, 1920-ci ildə Rusiya Qızıl Ordusu Azərbaycanı işğal etmiş və nəticədə Sovet İttifaqına birləşdirilmişdir.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, Azərbaycanın müstəqilliyinin yenidən əldə olunduğu və o zamandan ABŞ-ın əsas beynəlxalq tərəfdaşına çevrildiyi, ABŞ və Azərbaycanın transmilli təhdidlərlə və terrorçuluqla mübarizə sahəsində tərəfdaşlar kimi çalışmaqda davam etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın ABŞ-ın NATO müttəfiqlərinə yardım sahəsində vacib rol oynadığı və ABŞ-ın xaricdə, xüsusilə də Əfqanıstanda əməliyyatlarına dəstək verdiyi xüsusi vurğulanır.
Bəyanatda, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində əhəmiyyətli müttəfiq olduğu və bununla əlaqədar, Azərbaycandan Avropaya təbii qazın ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi kimi təşəbbüsləri ABŞ-ın dəstəkləməkdə davam etməsinin zəruriliyi qeyd olunur. Azərbaycanın ABŞ-ın bölgədə maraqlarının təmin olunmasında əsas tərəfdaş olduğu bildirilir.
Femida.az
Oxunub: 284
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb