Nazir vətəndaşları qəbul edəcək


14:20     03 Noyabr 2015 cd7c0769479957b53bdd9fa0c15f0fa7.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalanda vətəndaşları qəbul edəcək.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və telefon məlumat sistemi vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

Açar sözlər:

Oxunub: 952