Fuad Abbasov aclıq aksiyasına başlayıb


21:33     07 İyun 2019 19_06_07_1559929367.jpg

Fuad Abbasov aclıq aksiyasına başladı.

Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.

Səs yazısında deyilir: "Mən bu gündən aclıq alsiyasına başladım. Çünki mən bu gün Azərbaycan getməli idim, amma aeroporta getdiyimiz yerde yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də açlıq aksiyasına başlayıram"

Qeyd edək ki, Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

F.Abbasov isə bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunmalı idi. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 370