Millimiz növbəti oyununa çıxır


09:08     08 İyun 2019 19_06_08_1559970548.jpg

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020 seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Femida.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.

Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.

Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 453