Benzin maşını partladı - İmişlidə


09:19     08 İyun 2019 8816partlam1d4.jpg

İmişli rayonunda benzindaşıyan avtomaşın partlayıb.

Hadisə saat 19:00 radələrində rayonun Qaravəlli kəndində olub.

Yerli sakin Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "MAN" markalı benzindaşıyan maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra yük maşınında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 537