Bakıda reyd keçirildi - 20 sürücü saxlanıldı
10:06 08 İyun 2019
Nəsimi Rayon DYPŞ-nin əməkdaşları rayon ərazisində qayda pozan 20-dən çox sürücü aşkarlayıb.
Femida.az-ın məlumatına görə, Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları Cavadxan küçəsində avtomobilində konstruktiv dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən, avtoxuliqanlıq edən sürücülərə qarşı reyd keçirib. Dəyişikliklər əsasən "Niva" markalı avtomobillərdə aşkar olunub. Bununla belə, bütün yol hərəkəti qaydalarını pozan bütün sürücülər inzbati məsuliyyətə cəlb edilib.
Keçirilən tədbir zamanı polisin qanuni "Saxla" əmrinə tabe olmayan avtomobil sahibinə də rast gəlinib. Nəsimi rayon DYPŞ-nin baş inspektoru Nicat Hadıyev bildirib ki, təkcə bir gün ərzində 18 avtomobil cərimə meydançasına yerləşdirilib. Həmin avtomobil sahiblərinin əksəriyyəti sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə və avtomobillərdə konstruktiv dəyişikliklərə yol verdiyinə polis tərəfindən saxlanılıb.
Bu cür tədbirlər Nəsimi Rayon DYPŞ tərəfindən davam etdirələcək. / APA
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib