Naxçıvan əhalisinin qaz və işıq borcu qeydə alınamdı


10:18     08 İyun 2019 19_06_08_1559974770.jpg


Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin may ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.


Femida.az azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 252 min kilovat/saat elektrik enerjisinin dəyəri 3 milyon 193 min 500 manat olub, cəmi 3 milyon 198 min 400 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

Femida.az

Açar sözlər: #Naxçıvan  

Oxunub: 496