Naxçıvandakı döyüş təlimindən görüntülər - VİDEO

Naxçıvandakı döyüş təlimindən görüntülər - VİDEO


11:00     08 İyun 2019 2019/06/15599-1559976914_1559977351.jpg

Ötən gün Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.



Femida.az xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5 min nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Hazırda təlim davam edir.



Femida.az

Açar sözlər:

Oxunub: 525


Oxşar xəbərlər