3 tona yaxın narkotik bitki məhv edilib

3 tona yaxın narkotik bitki məhv edilib


11:10     08 İyun 2019 2019/05/narkotik-cetene_yeni_1558423712.jpg

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 167