Bərdədəki qəzada yaralananlar Bakıda xəstəxanada öldü
11:58 08 İyun 2019
Bərdə rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfər Bakıda müalicə olunduqları xəstəxanada ölüb.
Hadisə zamanı "QAZel" markalı avtomobildə olan sərnişinlər 1983-cu il təvəllüdlü Elnur İlyas oğlu Gülməmmədov və 2009-cu il təvəllüdlü İlyas Vasif oğlu Gülməmmədov ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin vəziyyətləri ağır olduğundan hər iki yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iyunun 7-də Bərdənin Alpout kəndində "QAZel" markalı iki yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərinin birinin yanacaq çənində partlayış baş verib.
Femida.az
Oxunub: 468
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdə sakinində silah aşkarlanıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb