38 dərəcə isti olacaq - Sabahın havası
13:00 08 İyun 2019
İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə Abşeronda 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Femida.az
Oxunub: 534
Oxşar xəbərlər
- 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
- 38 yaşlı kişi özünü asdı - SUMQAYITDA
- 38 prokurorluq əməkdaşı dövlət mükafatları ilə təltif edilib
- 38 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
- 388 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
- 380 binanın dam örtüyü dəyişdirilir
- 38 min əhalinin yol problemi həll olunur
- 38 yaşlı kişi boğazından bıçaqlandı
- 38 yaşlı qadın bıçaqlandı - Qazaxda