Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi
13:57 08 İyun 2019
3 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib.
Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 50-dən artıq velosipedçi iştirak edib.
Veloyürüş iştirakçıları arasında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev və səfirlik əməkdaşları, digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin işçiləri, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları olub.
Tədbir Dövlət Bayrağı Meydanından başlamaqla Xalça Muzeyinin yanında başa çatıb. Qeyd edək ki, 2018-ci ilin aprel ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.
Oxunub: 459
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var