İlham Əliyev konfrans iştirakçılarına məktub ünvanlayıb
14:13 08 İyun 2019
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrik məktubunu konfrans və konqresin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Təbrik məktubunda bildirilir:
"Azərbaycan kardioloqları, kardiocərrahları, müxtəlif ölkələrdən ölkəmizin paytaxtında gələn alimləri səmimi salamlayır, Konqresinizin işinə uğurlar, insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə nailiyyətlər arzu edirəm. Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı Konqresi bu günün təbabətinin müalicə üsullarının və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələrini verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq, alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətləri müzakirə ediləcək Konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusi ilə artırır. Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransı ilə birlikdə təşkil edilən hazırkı Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilməsinin rəmzi mənası var. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaradıb. Sonrakı dövr ərzində Azərbaycanın səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli işlər görülüb. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirəlayiqdir. Ümidvaram ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ətraflı müzakirəsi ölkəmizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək".
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib