Naxçıvana uçan təyyarə Lənkəranda eniş edib


18:12     08 İyun 2019 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg

AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib.
Femida.az xəbər verir ki, bu barədə AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib.
Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Açar sözlər:

Oxunub: 588