Sabirabad və Cəlilabadda ev yanıb


19:11     08 İyun 2019 19_06_08_1560004942.jpg

Sabirabad rayonun Suqovuşan kəndində ev yanıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, ümumi sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, həyətyanı sahədə 200 m² sahədə quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi isə Cəlilabad rayonunun Maşlıq kəndində baş verib. Belə ki, ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 66 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 342