Oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü


20:43     08 İyun 2019 klinika.jpg

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 670