Türk ordusu 43 terrorçunu məhv etdi


20:51     08 İyun 2019 19_06_08_1560012761.jpg

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında 13 gündür həyata keçirdiyi "Pəncə Hərəkatı"nda zərərsizləşdirilən terrorçuların sayı 43-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Məlumatda, həmçinin qeyd olunur ki, 13 gün ərzində 53 mina və kustar üsulla hazırlanan partlayıcı maddə zərərsizləşdirilib, terrorçulara aid 74 mağara və sığınacaq dağıdılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 332