Sumqayıt qadın yaşadığı mənzili zibilliyə çevirib - FOTO


22:13     08 İyun 2019 2019/06/F95A2F7C-83FE-4E03-B34F-2E5A91D760A3_1560017753.jpeg

Sumqayıtda bina sakinləri qonşuluqdakı mənzildən gələn kəskin ifunətli iyilə bağlı narahatlıqlarını bildiriblər.

Femida.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər, 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan Təranə Bəylərova evi elə bir hala salıb ki, üfunət iyi nəinki evi, hətta bütün binanı bürüyüb.

Sözügedən mənzildə o, xəstə anası Humay Bəylərova ilə birgə yaşayır.

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı mənzil-istismar sahəsinin nümayəndəsi Qorxmaz Rəhimov bildirib ki, evin təmizlənməsi üçün tədbirlər görüləcək.

Mənzil sahibinin psixi xəstə olduğu deyilir.



Femida.az

Açar sözlər:

Oxunub: 657