Türkiyədə yeraltı şəhər tapılıb


10:51     09 İyun 2019 19_06_09_1560063142.jpg


Türkiyənin Nevşehir vilayətinin Avanos rayonu ərazisində 5 kilometr uzunluğunda yeraltı şəhər aşkarlanıb.


Türkiyə mətbuatının yaydığı məlumata görə, rayonun Çalış bələdiyyəsi ərazisində təxminən 15 birmərtəbəli evi su basıb. Sakinlər bu barədə bələdiyyədən kömək istəyiblər.
Subasmanın səbəbi araşdırılarkən bir-birinə yapışıq tikililərdən təxminən 50 metr aralıda iki girişi sakinlər tərəfindən hörülən mağara aşkarlanıb. Müəyyən edilib ki, mağara hesab edilən ərazi hazırda su altında olan yeraltı şəhərdir.

İlkin ehtimala əsasən, ibadət yeri, yaşayış otaqları və tunellərdən ibarət məkan təxminən 5 min il tarixə malikdir.

Femida.az

Açar sözlər:

Oxunub: 614