Qaxda iki yaşlı uşağı yaşadığı evdə ilan sancıb


11:12     09 İyun 2019 19_06_09_1560063446.jpg


İyunun 8-də saat 23:00 radələrində Qax rayonunun Üzümlü kənd sakini, iki yaşlı Rəhim Eyvaz oğlu Camalovu ilan sancıb.

Uşaq dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı R.Camalovu yaşadığı evin eyvanında, sağ əlindən ilan sancması məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R.Camalova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 457