Ərdoğan Türkiyə millisini təbrik etdi


14:11     09 İyun 2019 erdogan-uygur-turklerine-yapilan-baski-iddialara-7495186_x_3836_o.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli yığmanı Fransanı məğlub etmələri münasibətilə təbrik edib.

Femida.az-ın məlumatına görə, Ərdoğan bu barədə Tvitter səhifəsində yazıb.

"Təbriklər Türkiyəm!", - Türkiyə prezidenti qeyd edib.

Xatırladaq ki, ötən gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Fransa millisini 2:0 hesabı ilə məğlub edib. Türkiyə millisi 9 xal yığaraq, H qrupunda birinci yerə yüksəlib. Fransa isə 6 xalla ikinci yerdə qərarlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 300