Ərdoğanla Baxçalı o evdə gizli görüşüb - ŞOK İDDİA
15:50 03 Noyabr 2015
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı seçkilərdən öncə gizli görüşüb.
Femida.az xəbər verir ki, bu iddia ilə “Yeni çağ” qəzetinin köşə yazarı Ahmet Takan çıxış edib.
Ahmet Takan onlar üçün xüsusi bir evdə təyin edilən görüşün etibarlı mənbələrdən də təsdiq edildiyini deyib:
"Qurban Bayramından sonra etibarlı bir mənbədən bu xəbəri aldım: "Dövlət Bağçalı Qurban bayramının ikinci günü xüsusi bir evdə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüş keçirib". Çox az adamın bildiyi bu sirrli görüş iddiasını, başqa bir etibarlı mənbədən də soruşdum. Onlar da təsdiq etdi”.
Hər zaman maraqlı açıqlamaları ilə gündəmə gələn Ahmet Takan, iki lider arasında baş tutan görüşün detalları haqda məlumat verməyib. O, Baxçalını Ərdoğanın həkimi rolunu oynadığını iddia edib:
“Hər dəfə dara düşəndə AKP-yə və Ərdoğana can qurtarma ipi atan Dövlət Baxçalı “həkim” vəzifəsini yenə uğurla yerinə yetirdi. Nə istəyirsiniz deyin! Yenə təkrar edirəm. Həkim Dövlət Baxçalı vəzifəsini uğurla yerinə yetirən adamıdır”.
Şahverdi Şirinli
Femida.az
Oxunub: 2698
Oxşar xəbərlər
- Ərdoğanla Putin təkbətək görüşdə Qarabağı müzakirə edib
- Ərdoğanla Putinin görüş vaxtı AÇIQLANDI
- Ərdoğanla Putin telefonda danışıb
- Ərdoğanla Putin arasında telefon danışığı olub
- Ərdoğanla Co Bayden arasında qapalı görüş
- Ərdoğanla Binəli Yıldırım ağladı - VİDEO
- Ərdoğanla Obama nədən danışdı?
- Ərdoğanla Putinin görüşü tezləşdirilə bilər
- Ərdoğanla Gül iş adamının tabutunu çiynində daşıdı
- Ərdoğanla Obama 1 saat telefonda danışdı