Taliban hücuma keçdi: 14 polis öldürüldü


16:19     09 İyun 2019 taliban.PNG

Əfqanıstanın qərbindəki Qor bölgəsində Talibanın nəzarət postuna hücumu nəticəsində 15 nəfər həlak olub.

Bu barədə Qor valiliyinin sözçüsü Abdulhay Hatibi danışıb.

Onun sözlərinə görə, hücum zamanı postun 14 nəzarətçisi və 1 nəfər mülki şəxs ölüb, həmçinin 7 nəzarətçi yaralanıb. Baş verən qarşıdurma zamanı Talibanın da itki verdiyi qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 526