Qazaxıstanda seçici fəallığı açıqlandı


16:56     09 İyun 2019 2019/06/0870F5BF-C194-4A37-A9E9-854915FD066D_1560085285.jpeg

Qazaxıstanda yerli vaxtla saat 16:00-a qədər (14:00 GMT+4) prezident seçkisində 65,9 faiz seçici səs verib.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.

Ən çox seçici fəallığı Aktyubinsk vilayətində (79,7 faiz), ən az seçici fəallığı isə Almatıda (45,7 faiz) qeydə alınıb.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Femida.az

Açar sözlər:

Oxunub: 394