100-ə yaxın nümayişçi saxlanılıb


19:30     09 İyun 2019 19_06_09_1560093340.jpg

Qazaxıstanın paytaxtı Nur-Sultan və Alma-Ata şəhərlərində razılaşdırılmamış etiraz aksiyası keçirilir.

Femida.az xəbər verir ki, aksiyalar zamanı təxminən 100-ə yaxın nümayişçi saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər nazirinin birinci müavini Marat Kojayev məlumat verib.

Onun sözlərinə görə, mitinqdə saxlanılan jurnalistlər azad ediləcəklər.

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 18:00-də seçici fəallığı 72,9 faiz təşkil edib.

Açar sözlər:

Oxunub: 505