İran yeni hava hücumundan müdafiə sistemini təqdim edib


19:50     09 İyun 2019 19_06_09_1560094079.jpg

Bu gün İran Müdafiə Nazirliyi "Xordad-15" mobil hava hücumundan müdafiə sistemini təqdim edib.


Femida.az -ın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə naziri Əmir Hatəmi Tehranda keçirilən mərasimdə təqdim edib.

Müdafiə naziri deyib ki, "Xordad-15" 150 km məsafədə hərbi təyyarə və pilotsuz təyyarələri aşkarlamaq və 120 km məsafədə "Sayad-3" raketləri ilə məhv etmək qabiliyyətindədir. "Xordad-15"kiçik obyektləri 85 km məsafədə aşkarlamaq və 45 km diapazonda məhv edə bilir. Ə. Hatəmi sistemin eyni zamanda 6 hədəfi izlədiyini qeyd edib.

"Xordad-15" 5 dəqiqəyə hazır vəziyyətə gətirilir.

Yeni silah artıq İran ordusunun sərəncamına verilib.

Açar sözlər:

Oxunub: 549