29 yaşlı oğlanı sahibsiz it dişləyib


09:09     10 İyun 2019 it_dislemesi_455.jpg

Mingəçevir sakinini it dişləyib.

Femida.az APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Şəfəq küçəsində baş verib.

Sahibsiz küçə iti 1990-cı il təvəllüdlü şəhər sakini Tahirov Cavid Mehman oğluna hücum edərək ona xəsarət yetirib. İt onun hər iki ayağını dişləyib.

Xəstəxanaya aparılan yaralıya lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 355