Şəkidə bədbəxt hadisə - Çörək bişirən qadın təndirə yıxıldı


09:15     10 İyun 2019 2019/06/054A7AAA-ECEE-4DA6-BF4D-7DCE428584A0_1560142544.jpeg

Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıq xəsarətləri alıb.

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saat 22:00 radələrində rayonun Çəyirli kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Fərqanə Firuz qızı Ələsgərova bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bildirilir ki, qadın təndirdə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə yıxılıb və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hazırda F.Ələsgərovanın müayinə və müalicəsi davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 876