Türkiyə millisinə hörmətsizlik - Jurnalist mikfrofon əvəzinə tualet fırçası uzatdı
10:05 10 İyun 2019
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11- İslandiyanın qonağı olacaq Türkiyə yığma komandası Reykyavikə yollanıb.
Femida.az xəbər verir ki, Konyadan birbaşa reyslə İslandiyaya yollanan təyyarə 6,5 saatlıq uçuşdan sonra Reykyavik hava limanına çatıb.
Ancaq hava limanında Türkiyə millisi xoş olmayan sürprizlə üzləşib. Komanda üzləri iki saat pasport yoxlanışında gözləyiblər.
Burak Yılmaz və kapitan Əmrə Belözoğlu jurnalistlərə açıqlamasında etirazlarını bildiriblər.
Burak Yılmaz: "Etdikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar. Təkrar-təkrar yoxlayırlar. Biz 6,5 saat uçmuşuq, 3 saat da burda gözləyirik".
Əmrə Belözoğlu: "Mən nəsə demək istəmirəm. Bizim ölkəmizə qurban olsunlar. Yəqin ki, açıqlama olacaq. Təəssüf ki, enəndən sonra lazımsız axtarışlar oldu".
Əmrə müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs mikrofon əvəzinə tualet fırçası uzadıb. 38 yaşlı yarımmüdafiəçi islandiyalı jurnalistin provakasiyasına heç bir reaksiya verməyib.
"Ay-ulduz"lu komanda uzun gözləmədən sonra avtobusla otelə yollanıb.
Femida.az
Oxunub: 432
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib